REGİONLAR
Qarabağlı kəndində 100 yerlik uşaq bağçası tikilir
Salyan , 23 oktyabr, Mahir Babayev, AZƏRTAC
Salyan rayonunun Qarabağlı kəndində 100 yerlik uşaq bağçası-körpələr evi tikilir.
AZƏRTAC xəbər verir ki, ikimərtəbəli binada hörgü işləri başa çatıb. Hazırda dam örtüyünün vurulması və qapı-pəncərənin quraşdırılması işləri görülür. Bağçada su anbarı tikiləcək, davamlı enerji təminatı üçün transformator yarımstansiyası və istixana quraşdırılacaq. Müəssisənin həyətində abadlıq işləri aparılacaq, yaşıllıqlar salınacaq. Ərazidə uşaqların əylənmələri üçün oyun meydançaları və müxtəlif qurğular quraşdırılacaq.
Uşaq bağçasının bu ilin axırlarında istifadəyə verilməsi nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [19:31]
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib
- 25.04.2024 [18:49]
Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib
- 24.04.2024 [15:52]