SİYASƏT
Ümid qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
Bakı, 5 iyul, AZƏRTAC
İyulun 5-də Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Ümid qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirib.
AZƏRTAC xəbər verir ki, qəbulda qəsəbə sakinləri, həmçinin rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilib, bəzi müraciətlər yerindəcə həll edilib.
Qəsəbə sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.