ELM VƏ TƏHSİL
Qaradağ rayonu 110 nömrəli tam orta məktəbdə “Son zəng”
Bakı, 14 iyun, AZƏRTAC
Bakı şəhəri Qaradağ rayonu 110 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə məktəbin direktoru Şəfayət Orucova təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan danışıb.
Təhsil nazirinin müavini Firudin Qurbanov məzunları “Son zəng” münasibətilə təbrik edib, onlara nailiyyətlər arzulayıb. Nazir müavini 2018-2019-cu tədris ilinin uğurlarından söz açıb və son illərdə ölkə ərazisində yeni məktəblər tikildiyini, həmçinin əksər təhsil müəssisələrinin əsaslı təmir olunduğunu, maddi-texniki bazalarının möhkəmləndirildiyini deyib.
Çıxışlarda rayon üzrə əldə edilən təhsil uğurları diqqətə çatdırılıb.
Tədbir məktəblilərin hazırladığı bədii kompozisiya ilə davam etdirilib.