CƏMİYYƏT


Qaradağ rayonu ərazisindəki qəzada yaralananlar xəstəxanaya yerləşdirilib

Bakı, 8 oktyabr, AZƏRTAC

Oktyabrın 8-də Lənkərandan Bakı istiqamətində hərəkət edən mikroavtobus Qaradağ rayonu ərazisində qəzaya uğrayıb. Sərnişinlərdən 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yaralılardan 2 nəfəri qadın, 4-ü kişidir. Onlardan 5-i Kliniki Tibbi Mərkəzə, 1 nəfər isə akademik M. Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.