CƏMİYYƏT


Qaradağ rayonunda “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus tikilidə yanğın olub

Bakı, 21 yanvar, AZƏRTAC

Paytaxtın Qaradağ rayonunda “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli, işçilərin soyunub-geyinməsi üçün istifadə olunan tikilinin yanar konstruksiyaları yanıb.

AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, yaxınlıqdakı vaqonlar və əraziyə yığılan şpallar yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.