CƏMİYYƏT
Qaradağ rayonunda baş verən yol-nəqliyyat hadisəsində iki nəfər ölüb
Bakı, 1 aprel, AZƏRTAC
Qaradağ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qaradağ rayonunun Güzdək qəsəbəsi ərazisində Korgöz qəsəbə sakini A.Həsənov idarə etdiyi “Lada Priora” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişinlər - qəsəbə sakinləri Anar Əlişanov və qardaşı Asif hadisə yerində ölüb, sürücü xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.