CƏMİYYƏT


Qaradağ rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakı, 1 dekabr, AZƏRTAC

Bakının Qaradağ rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəza zamanı “İsuzu” və “КамAZ” markalı iki yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “İsuzu” markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalan 1995-ci il təvəllüdlü Qədirov Əhməd Səməd oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıblar. Meyit aidiyyəti üzrə təhvil verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.