CƏMİYYƏT


Qaradağ rayonunda dənizdə batan iki nəfərdən birinin cəsədi bu gün səhər saatlarında dalğıcları tərəfindən tapılıb

Bakı, 30 iyul, AZƏRTAC

İyulun 28-də axşam saatlarında paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində dəniz sahilində iki nəfərin balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək batdığı bildirilən şəxslərdən biri Lökbatan qəsəbəsinin sakini 1992-ci il təvəllüdlü Allahverdiyev Nicat Hüseyn oğlunun cəsədi bu gün səhər saatlarında batdığı yerdən təxminən 200 metr aralıda Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı” dalğıc-axtarış qrupunun dalğıcları tərəfindən tapılaraq dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, batdığı ehtimal olunan digər şəxsin axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.