CƏMİYYƏT


Qaradağ rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakı, 28 sentyabr, AZƏRTAC

Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində yolu keçən qəsəbə sakinləri Adil Canatov və Tərlan Şahpələngov Abşeron rayon sakini A.Hüseynovun idarə etdiyi “VAZ-2104” markalı avtomobillə vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nəticədə piyadalar aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı nazirliyin Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.