CƏMİYYƏT


Qaradağ rayonunda iki sakindən narkotik vasitə və döyüş sursatı götürülüb

Bakı, 17 yanvar, AZƏRTAC

Qaradağ Rayon Polis İdarəsinin 38-ci polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xocasən qəsəbə sakini Nurlan Məmmədyarov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin və marixuana aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən tüstü buraxan 6 ədəd paket və 2 ədəd əl qumbarası da aşkarlanaraq götürülüb.

Bölmə əməkdaşlarının keçirdikləri digər uğurlu əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhər sakini Nəzrin Fərzullazadədən 600 qram tiryək və 1 qramdan artıq heroin.

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.

Hər iki faktla bağlı cinayət işi başlanılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.