CƏMİYYƏT


Qaradağ rayonunda iki yük avtomobillərinin toqquşması nəticəsində bir nəfər xəsarət alıb

Bakı, 29 sentyabr, AZƏRTAC

Sentyabrın 29-da səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilər ki, məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Qaradağ rayonu üzrə xilasedicilər qrupu dərhal hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, “KamAZ” və “MAN” markalı yük avtomobillərinin toqquşması ilə baş verən yol-qəza hadisəsi nəticəsində “KamAZ” markalı yük avtomobilinin sərnişini 1975-ci il təvəllüdlü Kadirov Zaur Şəmsəddin oğlu avtomobildə sıxılı vəziyyətdə qalaraq köməyə ehtiyacı yaranıb.

Xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə etməklə Z.Kadirovu deformasiyaya uğramış avtomobildən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.