CƏMİYYƏT
Qaradağ rayonunda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb
Bakı, 9 yanvar, AZƏRTAC
Qaradağ rayonunda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən D.Həsənov Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Qaradağ rayonu ərazisində saxlanılıb. Axtarış zamanı ondan 70 qrama yaxın tiryək aşkar edilib.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun Müşfiqabad qəsəbəsindəki yaşadığı evə baxış zamanı isə oradan əlavə olaraq 20 kiloqramdan artıq tiryək və bir elektron tərəzi götürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]