CƏMİYYƏT


Qaradağ rayonunda qatar velosiped sürən şəxsi vurub

Bakı, 23 sentyabr, AZƏRTAC

Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisindəki qorunan keçiddə velosiped sürən Cəlilabad rayon sakini Hüseyn Quluzadə Biləcəri lokomotiv deposuna məxsus elektrovozla vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nəticədə Hüseyn Quluzadə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.