CƏMİYYƏT


Qaradağ rayonunda şəhid Səyavuş Muradovun büstünün əsaslı təmirdən sonra açılışı olub

Bakı, 20 may, AZƏRTAC

Mayın 19-da Qaradağ rayonunun Çeyildağ qəsəbəsində Birinci Qaradağ müharibəsi şəhidi Səyavuş Muradovun büstünün açılışı olub. Şəhidimizin adını daşıyan məktəbin həyətindəki büst əvvəlki yerindən dəyişdirilib və əsaslı təmir olunub.

Qaradağ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, tədbirdən əvvəl 44 günlük Vətən müharibəsinin şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin giziri Sahib Qədirovun xatirəsinə inşa edilən bulaq kompleksi ziyarət olunub və şəhidin barelyefinin qarşısına tər gülər düzülüb. Sonra tədbir iştirakçıları şəhidin ailəsi ilə görüşüblər. S.Qədirovun ailəsi diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Qaradağ Rayon İcra Hakimiyyəti rəhbərliyinin iştirakı ilə keçirilən mərasimdə şəhid ailələri, müxtəlif idarə və müəssisələrin, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhid Səyavuş Muradovun büstünün önünə güllər düzülüb və ruhuna dualar oxunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.