İQTİSADİYYAT


Qaradağ rayonunda təmirə ehtiyacı olan 16 kilometrlik yol yenidən qurulur VİDEO

Bakı, 17 avqust, AZƏRTAC

Qaradağ rayonu Qobustan, Lökbatan, Qızıldaş, Müşfiqabad, Ümid və Sanqaçal qəsəbələri üzrə təmirə ehtiyacı olan daha 16 kilometr uzunluğa malik küçə və yollarda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılır, əks-dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, küçələr profilə salınır, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilir, küçələr boyu mövcud piyada səkiləri bərpa olunur, zəruri yerlərdə yeniləri inşa edilir, kənarlarına yeni səki daşları düzülür və bunun ardınca asfaltlanma işləri aparılmaqla yeni infrastruktur yaradılır.

Proqrama uyğun olaraq ayrılmış vəsait hesabına, sözügedən rayonun Qobustan qəsəbəsində 5600 metr uzunluğa malik Torağay, N.Şərifov, S.Nəcəfov, N.Niftaliyev küçələrinin, həmçinin 1-ci massiv yolunun və Salyan yolu bina 5, 30, 30a yollarının, Lökbatan qəsəbəsində ümumi uzunluğu 3150 metr olan Xəqani, H.Aslanov və Məşədi Əzizbəyov küçələri ilə 2-ci massiv yolunun, Qızıldaş qəsəbəsində qəbiristanlığa gedən 1200 metrlik yolun, Müşfiqabad qəsəbəsində 1500 metrlik 2-ci massiv küçəsinin, Ümid qəsəbəsində 2500 metr uzunluğa malik Mərkəzi küçənin və Sanqaçal qəsəbəsində isə 1-ci massivə gedən 1800 metrlik köməkçi yolun yenidənqurması işlərinin aparılması nəzərdə tutulurdu ki, artıq bu istiqamətdə işlərin bir hissəsi yerinə yetirilib.

Belə ki, sözügedən layihə çərçivəsində Qobustan qəsəbəsində N.Niftaliyev küçəsi və Salyan yolu bina 5, 30, 30a yolları, Ümid qəsəbəsində Mərkəzi küçə təmir olunaraq vətəndaşların istifadəsinə verilib.

Hazırda sözügedən rayon üzrə analoji təmir-bərpa işləri Qızıldaş qəsəbəsində qəbiristanlığa gedən yolda və Sanqaçal qəsəbəsində 1-ci massivə gedən köməkçi yolda davam etdirilir. Artıq bu yolların bir hissəsində də işlər yekunlaşdırılıb.

Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq cari ilin investisiya proqramı çərçivəsində ayrılmış vəsait hesabına aparılır. Növbəti mərhələlərdə sərəncam və investisiya proqramı ilə ayrılacaq vəsaitə uyğun olaraq Qaradağ rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.