CƏMİYYƏT


Qaradağ rayonunda xidmətdə olan hərbi qulluqçuya hörmətsizlik nümayiş̧ etdirən şəxs həbs olunub

Bakı, 7 iyul, AZƏRTAC

Paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində xidmət aparan hərbi qulluqçunun qanuni tələblərinə rişxəndlə yanaşaraq, hörmətsizlik nümayiş etdirən və bu hərəkətlərini mobil telefonla qeydə alaraq sosial şəbəkələrdə yayan şəxs həbs olunub. Rayon sakini, 1986-cı il təvəllüdlü Orucəli Zərbəliyev Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs edilib.

Faktı Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a təsdiqləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.