REGİONLAR


Qaradağ rayonunun təhsil işçiləri Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda olublar

Qəbələ, 29 noyabr, Mustafa Dadaşov AZƏRTAC

Qaradağ rayonunun təhsil işçiləri Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda və Qəbələ Arxeoloji Mərkəzdə olublar. Səfər “Bakı Turizm Ekskursiya” MMC-nin təşkilatçılığı ilə reallaşıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qoruğun direktoru Zahir Kərimov məlumat verib.

Təhsil işçiləri Qoruğun tarixi məkanlarından Səlbir və Qala ərazilərində aparılmış arxeoloji qazıntı sahələri ilə yaxından tanış olublar. Qonaqlara Qəbələ Arxeoloji Ekspedisiyasının burada apardığı arxeoloji qazıntılar, aşkar olunan təsərrüfat quyuları, bina qalıqları, ocaq yerləri, su xətləri, katakomba tipli qəbirlər və digər tapıntılar barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar qoruq əməkdaşları tərəfindən cavablandırılıb.

Qaradağ rayonunun təhsil işçiləri, həmçinin Qəbələ Arxeoloji Mərkəzdə sərgilənən tarixi eksponatlarla da tanış olublar. Qonaqlara SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının maliyyə dəstəyi ilə Qoruğun ərazisində aparılmış arxeoloji qazıntılarla bağlı hesabatlar, qurumun dəstəyi ilə nəşr olunmuş Qəbələnin tarixi, etnoqrafiyası və folkloru barədə kitab toplusu haqqında geniş məlumat verilib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.