CƏMİYYƏT
Qaradağ və Sabunçu rayonlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib
Bakı, 24 fevral, AZƏRTAC
Paytaxtın Qaradağ və Sabunçu rayonlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qaradağ rayonunun Lökbatan qəsəbə sakini Orxan Şükürov idarə etdiyi “Mercedes” markalı avtomobili qəsəbə ərazisində yol ayırıcına vurub. Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb.
Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində isə yolu keçən paytaxt sakini Şərqiyə Əliyeva Bakı şəhər sakini N.Mahmudlunun idarə etdiyi “Mercedes” markalı avtomobillə vurulub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisələrlə bağlı araşdırma aparılır.