CƏMİYYƏT


Qaradağda “Şəhidlik milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi kimi” mövzusunda tədbir keçirilib

Bakı, 20 avqust, AZƏRTAC

Avqustun 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Müdafiə Nazirliyinin 2019-cu il üçün birgə fəaliyyət planına əsasən Qaradağ rayonu Səngəçal qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə “Şəhidlik milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi kimi” mövzusunda tədbir keçirilib.

Komitədən AZƏRTAC-a bildiriblər ki, tədbirdə hərbi hissənin şəxsi heyətlə iş üzrə komandir müavini mayor Məhəmməd Əliyev, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Amal Məlikov və Aslan Sultanov, zabit və əsgərlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan şəxsi heyətlə iş üzrə komandir müavini mayor Məhəmməd Əliyev hərbi hissələrdə dini radikalizm və ekstremizmlə bağlı keçirilən tədbir və seminarların əhəmiyyətindən danışıb.

Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov şəxsi heyətin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında dinin rolu, dini radikalizmi doğuran səbəblər və onunla mübarizə üsulları, bu istiqamətdə aparılan maarifləndirmə işinin xüsusiyyətlərindən söz açıb.

Sonda “Şəhadət” sənədli filmi nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.