İQTİSADİYYAT
Qaradağda gips əsaslı məmulatlar zavodu istifadəyə veriləcək
Bakı, 4 mart, AZƏRTAC
Ölkəmizdəki əlverişli biznes və investisiya mühiti digər sənaye sahələri ilə yanaşı, tikinti sənayesinin inkişafı üçün də geniş imkanlar yaradır, yeni istehsal müəssisələri açılır. Əvvəllər xaricdən idxal edilən bir çox tikinti materialları indi yerli müəssisələrdə istehsal olunur, ixrac potensialı artırılır.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, belə müəssisələrdən biri də Qaradağ rayonunda yaradılan gips əsaslı məmulatlar zavodudur. Hazırda zavodda son tamamlama işləri aparılır.
İldə 8 milyon kvadratmetr gips məmulatlar (alçipan) istehsal etmək gücündə olan zavodda 100 iş yeri açılacaq. Ümumi investisiya dəyəri 23 milyon manat olan layihəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilib.
Zavodun yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [21:03]
“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir
- 28.03.2024 [18:24]
ABB Ağdaş filialını da yeniləyib
- 28.03.2024 [18:20]
Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq
- 28.03.2024 [18:18]