REGİONLAR
Qaradağlı faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş intellektual oyunda 8 komanda mübarizə aparıb
Beyləqan, 14 fevral, AZƏRTAC
Xocavənd rayon Qaradağlı kənd tam orta məktəbində 1992-ci il fevralın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən törədilən Qaradağlı faciəsinin ildönümünə həsr olunmuş məktəblilər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib. Yarışda Xocavənd rayonunun ümumtəhsil müəssisələrinin 8 komandası mübarizə aparıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Qaradağlı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək, Qaradağlı kənd özünümüdafiə dəstəsinin düşmənə qarşı apardığı mübarizədən, erməni silahlılarının kənddə törədikləri faciədən danışıb.
İntellektual yarışda komandalar Qarabağa dair sualları cavablandırıblar. Gərgin mübarizə şəraitində keçən yarışda daha yüksək intellektual oyun nümayiş etdirən Salakətin kənd tam orta məktəbin “Albedo” komandası birinci, Salakətin kənd tam orta məktəbin “Tanrı qırmancı” komandası ikinci, Tuğ kənd 1 nömrəli tam orta məktəbin “Never back down” komandası üçüncü yeri tutub.
Qalib komandalar diplomla təltif olunub.