REGİONLAR


Qaradağlı kəndinin sakinləri erməni işğalçılarına qarşı qəhrəmanlıqla mübarizə aparıb

Beyləqan, 14 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC 

Xocavənd rayonunun Qaradağlı kəndi 1992-ci il fevralın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib, dinc sakinlərə qarşı soyqırımı həyata keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, faciənin 28-ci ildönümü münasibətilə Qaradağlı kənd tam orta məktəbində anım tədbiri keçirilib. Tədbirdə məktəbin müəllim və şagirdləri ilə yanaşı, rayon ictimaiyyətinin nümayəndələri, müharibə veteranları, Qaradağlı kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Qaradağlı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Xocavənd Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Quliyeva, məktəbin direktoru İngilis Tağıyev, müharibə veteranları və faciə şahidləri çıxış edərək, Qaradağlı kənd özünümüdafiə dəstəsinin düşmənə qarşı apardığı mübarizədən, erməni silahlılarının kənddə törədikləri faciədən danışıblar.

Bildirilib ki, erməni işğalçılarına qarşı mübarizədə Qaradağlı kəndinin uşaqlı-qadınlı, cavanlı-qocalı bütün sakinləri qəhrəmanlıqla iştirak edib. İşğal nəticəsində kənddə 200 yaşayış evi, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana binası və digər sosial obyektlər dağıdılıb. Qaradağlı kəndində 91 nəfər - kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. Öldürülənlərdən 21 nəfəri ahıl və qocalar, 10 nəfəri qadın, 8 nəfəri məktəbli olub. 146 uşaq yetim qalıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.

Tədbirdə məktəblilər kompozisiya ilə çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.