DÜNYA


“Qaranlıq şahzadə” 17 il sonra İstanbulda fanatları ilə görüşüb

Bakı, 13 iyul, AZƏRTAC

Avstraliyanın dünya şöhrətli rok musiqiçi Nik Cava 17 il sonra yenidən İstanbulda fanatları bir araya gəlib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, 1984-cü ildən bu günə qədər aktiv halda musiqili həyatını davam etdirən və bir çox klassik musiqi əsərlərinin müəllifi kimi tanınan N.Cava konsert çərçivəsində repertuarında populyarlıq qazanan “Do You Lav Me”, “The Weeping Sonq”, “Red Right Hand” və “Stagger Leenin” kimi mahnılarını da səsləndirib. Çoxsaylı izləyicilərin qatıldığı konsert proqramı anşlaqla keçib.

Qeyd edək ki, 1957-ci il sentyabrın 22-də Avstraliyada dünyaya gələn musiqiçi “Qaranlıq şahzadə” ləqəbi ilə də tanınır. Bir neçə filmdə rol alan sənətçi, həm də çoxsaylı kitabların müəllifdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.