MƏDƏNİYYƏT


“Qaranlıqdan işığa” adlı tamaşa nümayiş olunub

Bakı, 17 avqust, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında “Səhnə” teatrının təqdimatında “Qaranlıqdan işığa” adlı tamaşa nümayiş olunub.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tamaşadan öncə həkim psixiatr-narkoloq Asif Kəngərli narkomaniyanın səbəbləri, törətdiyi fəsadları, yaratdığı problemləri, onun insanların həyat və sağlamlığına mənfi təsirləri haqqında geniş məlumat verib.

Tamaşada bir gəncin bu bəlaya “yox” deyib qaranlıqdan işığa necə çıxdığını izləmək mümkündür.

Əsas məqsəd tamaşada bütün insanları bəşəriyyətin ən böyük problemlərindən biri olan narkomaniyaya qarşı mübarizəyə çağırmaqdır.

Maarifləndirmə funksiyası daşıyan tamaşa narkomaniyanın doğurduğu faciələr haqqında aydın təsəvvür yaradır və insanların sağlam həyat tərzi seçmələri üçün çox təsirli təbliğat vasitəsidir.

Qeyd edək ki, tamaşanın müəllifi Pakizə Hüseynova, quruluşçu rejissoru isə Mirzə Ağa Mirzəyevdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.