İDMAN


“Qarapapaq” peşəkar boks gecəsi turnirinin qalibləri müəyyənləşib

Bakı, 31 oktyabr, AZƏRTAC

Oktyabrın 30-da Bakı İdman Sarayında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Qarapapaq” peşəkar boks gecəsi yarışı keçirilib.

AZƏRTAC xəbər verir ki, yekun nəticələrə görə, müxtəlif çəki dərəcələrində Novruz Hüseynov, Taryel Cəfərov, Əzrək Bəbirov, Kənan Kazımov, Nihat Abdullayev, Ruslan Məmmədov, Rauf Ağayev, Fuad Tarverdi qalib elan olunublar. Pərvin Heydərov-Nicat Həsənov qarşılaşması isə heç-heçə ilə başa çatıb.

Turnirdə 18 peşəkar boksçunun iştirakı ilə 9 döyüş keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.