CƏMİYYƏT


Qarasu çayının hövzəsi tullantılardan təmizlənib

Bakı, 30 oktyabr, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Gədəbəy rayonunun Söyüdlü kəndi ərazisindən keçən Qarasu çayı hövzəsinin tullantılarla çirkləndirilməsi ilə bağlı daxil olan məlumatı nazirliyin əməkdaşları yerində araşdırıblar.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı Gədəbəy rayon məişət tullantıları poliqonunun hasara alınmaması səbəbindən tullantıların bir qisminin poliqona yaxın Qarasu çayı hövzəsinə atıldığı aşkarlanıb.

Faktla bağlı tullantıların idarə olunmasına cavabdeh rayonun Kommunal Müəssisələri Kombinatının direktoru Yusif Murğuzov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimələnib. Tullantıların ərazidən təmizlənməsi və poliqonun hasara alınması məqsədilə kombinatın direktoruna icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Kombinat tərəfindən ərazi tullantılardan təmizlənib və poliqonun ətrafının metal torla hasarlanması istiqamətində işlərə başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.