MƏDƏNİYYƏT


“Qaratoxmaq qadın” Bakı Musiqi Akademiyasında göstərilib

Bakı, 13 mart, AZƏRTAC

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) nəzdində olan opera studiyasında Pyotr Çaykovskinin “Qaratoxmaq qadın” operası nümayiş edilib.

BMA-dan AZƏRTAC-a bildirilib ki, səhnə əsərinin quruluşçu dirijoru Xalq artisti, professor Fəxrəddin Kərimov, quruluşçu rejissoru Aleksey Smirnov, xormeysteri Xalq artisti Gülbacı İmanova, konsertmeysteri Yuliya Kərimova, quruluşçu rəssamı isə Elena Bodrovadır.

Operada Əməkdar artistlər Fəridə Məmmədova, Anton Ferştandt, Səbinə Əsədova, Adil Axundov və başqaları çıxış ediblər.

Görkəmli rus bəstəkarı P.Çaykovski 1890-cı ildə Florensiyada olarkən “Qaratoxmaq qadın” operası üzərində işləməyə başlayıb. O, çox qısa müddət ərzində - cəmi 44 günə operanı tamamlayıb. Operanın librettosu dahi rus şairi Aleksandr Puşkinin eyniadlı povestinin motivləri əsasında qələmə alınıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.