MƏDƏNİYYƏT


Qardabanidə gürcülər və azərbaycanlılar Novruz bayramını birlikdə qeyd ediblər

Tbilisi, 18 mart, AZƏRTAC

Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda Novruz bayramı münasibətilə şənlik keçirilib.

AZƏRTAC xəbər verir ki, “Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqı”nın təşkil etdiyi tədbirdə Tbilisi və Rustavi şəhərlərindən, Marneuli, Bolnisi və Dmanisi rayonlarından azərbaycanlı və gürcü ictimaiyyətinin nümayəndələri, habelə, İrandan gəlmiş qonaqlar iştirak ediblər.

Müəllimlər ittifaqının sədri Səadət Zeynalqızı çıxış edərək şənlik iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib.

Tarixçi alim Quram Marxuliya Novruz bayramının gürcü xalqı üçün də əziz və əlamətdar olduğunu bildirib.

Digər çıxış edənlər Novruz bayramının tarixindən, milli adət-ənənələrimizdən danışıblar.

Şənlikdə aşıqlar Elşad Kəpənəkçi, Pərviz Aslanoğlu, Nargilə Mehdiyeva iranlı aşıq İrfan Baqiri saz havaları ilə iştirakçılara xoş ovqat bəxş ediblər.

“Ceyran” rəqs ansamblının solistləri Şəfa və Günay İbrahimova bacıları gürcü və Azərbaycan milli rəqslərini ifa ediblər.

Tədbir çərçivəsində mədəniyyət sahəsində həyata keçirilən layihələrdə fəal iştirakına görə bir neçə nəfərə müəllimlər ittifaqının diplom, Fəxri fərman və hədiyyələri təqdim olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.