“Qardaş köməyi” platforması çərçivəsində yardım toplanan ünvanlar
AzerTAg.az

Bakı, 8 fevral, AZƏRTAC
Türkiyədə zəlzələdən əziyyət çəkənlərə yarım məqsədilə “Qardaş köməyi” platforması təsis edilib. Platforma çərçivəsində yardımları toplamaq üçün Bakıda müxtəlif məntəqələr ayrılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “ASAN xidmət” feysbuk səhifəsində məlumat yayıb. Yardımlar Səməd Vurğun küçəsində Göy məscidin yaxınlığında yerləşən “Peynirci baba” mağazasında, Salyan şosesi, 22, Binə bazarının 14-cü sıra ilə üzbəüz yerləşən “Aqro Terminal” bazasında, Ağ şəhər, “Yaşıl Ada” nömrə 2-də və Ziya Bünyadov prospekti, Xarici dairəvi küçəsi 2038-ci məhəllədə (73 saylı tam orta məktəbin yanı) yerləşən “Azərsun Holdinq” Satınalma Direktorluğunda toplanır.
Vətəndaşlar yardımları çatdırmaq üçün müvafiq olaraq aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Ferhat Çeğil - 055 604 36 94
Ramil Hümbətov - 050 567 75 77
Görkem Yelgin - 050 285 01 01
Muhammed Emin Kalan - 050 736 71 00
Xəbərin mətnində orfoqrafik səhv var