İDMAN


Qaret Beyl ölkəsinin futbol tarixində yeni rekorda sahib olub

Bakı, 23 mart, AZƏRTAC

Futbol üzrə Uels millisinin hücumçusu Qaret Beyl komandasının yoldaşlıq görüşündə Çin yığmasını 6:0 hesabı ilə məğlubiyyətə uğratdığı oyunda “het-trik” edərək ölkəsinin futbol tarixində yeni rekord müəyyənləşdirib.

AZƏRTAC xəbər verir ki, hücumçu matçın 2-ci, 21-ci və 62-ci dəqiqələrində fərqlənərək milli komandanın heyətində vurduğu qolların sayını 29-a çatdırıb. O, bununla da əvvəlki rekordun sahibi Yan Raşın göstəricisini geridə qoyub. Qaret Beyl Uels millisinin heyətində 69 oyunda meydana çıxıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.