QAN YADDAŞI


Qars şəhərində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Ankara, 19 yanvar, AZƏRTAC

Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş konsulluğunun təşkilatçılığı ilə 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş anma mərasimi keçirilib.

Bu barədə AZƏRTAC-a Baş konsulluqdan məlumat verilib.

Bildirilib ki, mərasim Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.

Şəhidlərimizin ruhuna dualar oxunub.

İyirmi Yanvar faciəsinin dəhşətlərini əks etdirən sərgi ilə tanışlıq olub.

Baş konsul Nuru Quliyev, Qars valisi Türkər Öksüz və Qafqaz Universitetinin dosenti Yaşar Kop çıxışlarında keçmiş Sovet İttifaqı rəhbərliyinin 33 il əvvəl Azərbaycana qarşı törətdiyi hərbi cinayətin səbəb və məqsədlərindən bəhs ediblər.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə günahsız insanlara qarşı törədilən hərbi cinayəti təkcə bir xalqa deyil, bəşəri dəyərlərə və insan haqlarına qarşı təcavüz kimi dəyərləndirən çıxışçılar diqqətə çatdırıblar ki, Azərbaycan xalqı bu amansızlıqlara mətinliklə dayanaraq sınmayıb, əyilməyib. Əksinə, Azərbaycan xalqı küçə və meydanlara axışaraq öz hüquq və azadlığını müdafiə edib, qəhrəmanlıq dastanı yaradıb. Ona görə də 20 Yanvar hadisələri Azərbaycan tarixində faciə olduğu qədər də qəhrəmanlıq salnaməsidir.

Azərbaycan Silahlı Qüvvələrinin hərbi heyəti, Türkiyənin yerli hakimiyyət orqanlarının rəhbərləri, Qafqaz Universitetinin professor, müəllim və tələbələri mərasimdə iştirak ediblər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.