İQTİSADİYYAT


Qarşıdakı ildə Azərbaycanın neft-qaz hasilatının artacağı nəzərdə tutulur

Bakı, 30 oktyabr, AZƏRTAC

2019-cu ildə Azərbaycanın neft-qaz hasilatının artacağı proqnozlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə Hesablama Palatasının Rəyində deyilir.

Bildirilir ki, gələn il Azərbaycanın neft hasilatının 0,7 milyon ton artımla 38,5 milyon ton, təbii qaz hasilatının isə 6,7 milyard kubmetr artımla 36,9 milyard kubmetr təşkil edəcəyi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.