CƏMİYYƏT


Qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişafı məsələlərinə dair fikir mübadiləsi aparılıb

Tehran, 9 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Tehranda İran İslam Respublikasının İqtisadi İşlər və Maliyyə naziri Fərhad Dejpəsənd ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan və İran xalqları arasında tarixi, mədəni və dini bağlılıqların iki ölkə arasındakı əlaqələrin əsasını təşkil etdiyi bildirilib. Həmin əlaqələrin genişlənməsində Prezident İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin keçirdiyi görüşlərin, qarşılıqlı rəsmi səfərlərinin mühüm rolu vurğulanıb.

İki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın inkişaf etdiyinin təzahürü kimi, 2018-ci ildə Azərbaycanla İran arasında ticarət dövriyyəsinin 74 faiz artdığı, həmçinin investisiya əməkdaşlığının genişləndiyi bildirilib. Azərbaycanla İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiyanın qeyd olunan sahələrdə əlaqələrin genişlənməsində uğurlu fəaliyyəti qeyd edilib.

Komissiyanın fəaliyyət istiqamətləri üzrə əməkdaşlıq təcrübəsindən bəhs olunub və qarşılıqlı maraq doğuran sahələrdə əlaqələrin inkişafı məsələlərinə dair fikir mübadiləsi aparılıb.

 

Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.