İQTİSADİYYAT


Qarşılıqlı məlumat mübadiləsinə dair müqaviləni bağlayan vergiödəyicisinin qarşısında hansı vəzifələr durur?

Bakı, 22 noyabr, AZƏRTAC

Vergi orqanı ilə vergiödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqaviləni bağlayan vergiödəyicisinin qarşısında bir sıra vəzifələr durur.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin vəzifələrə elektron kabinetdən istifadə zamanı proqram təminatı üzrə müəyyən olunmuş tələb və şərtlərə əməl etmək, elektron kabinetdə proqram təminatı tərəfindən qəbul olunmamış və səhv aşkar edilmiş sənəd və məlumatları yenidən hazırlayıb vergi orqanına göndərmək, elektron sənəd mübadiləsi üçün istifadə olunan kod-parolu məxfi saxlamaq, başqa şəxslərə istifadə üçün verməmək, kod-parol itirildikdə və ya başqaları tərəfindən istifadə olunduğunu bildikdə dərhal vergi orqanına yazılı qaydada məlumat vermək daxildir.

Vergiödəyicisinin qarşısında duran digər vəzifələrdən biri də elektron kabinet vasitəsilə sənəd və məlumatların mübadiləsindən imtina etdikdə vergi orqanına məlumat vermək, vergi orqanı tərəfindən elektron kabinet vasitəsilə göndərilmiş sənəd və məlumatlarla hər gün tanış olmaq, həmçinin elektron kabinetin fəaliyyətini ləngidən, ona zərər vuran, o cümlədən elektron kabinetin fəaliyyətinin dayanmasına səbəb ola bilən hərəkətlərə yol verməməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.