DÜNYA


Qartal ABŞ-ın hökumət dronunu şikarla səhv salıb

Bakı, 15 avqust, AZƏRTAC

ABŞ-ın Miçiqan ştatında hökumətin 950 dollarlıq dronu qartal tərəfindən hücuma məruz qalıb. Hücumdan sonra pilotsuz aparatı tapmaq mümkün olmayıb.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, sahil xəttinin kartoqrafiya işləri üçün istifadə edilən EGLE dronu Eskanaba şəhəri yaxınlığında qartalın hücumuna məruz qalıb. Yırtıcı tərəfindən pərləri qoparılan dron Miçiqan gölünə düşüb. Onun axtarışı müsbət nəticə verməyib.

“Hücum elektron rəqiblə ərazi uğrunda mübarizə və ya qartalın ac olması səbəbindən baş verə bilər. Hazırda EGLE komandası təkrar hücum risklərini azaltmağa yönələn tədbirlər üzərində çalışır. Bunun üçün dronun xarici görünüşünün dəyişilməsi imkanları da nəzərdən keçirilir”, - deyə hökumətin bəyanatında bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.