DÜNYA


Qasırğa Batumidə ciddi fəsadlar törədib

Tbilisi, 4 yanvar, AZƏRTAC

Güclü külək və qasırğa Acarıstan Muxtar Respublikasının Batumi şəhərində ciddi fəsadlar törədib.

AZƏRTAC xəbər verir ki, qasırğa hündürmərtəbəli evlərin damlarını uçurub, şəhər infrastrukturuna və avtomobillərə ciddi ziyan dəyib.

Şəhərin mərkəzi Çavçavadze küçəsindəki doqquzmərtəbəli yaşayış binasının damı uçub. Dağılmış dəmir konstruksiyanın yerüstü piyada keçidinə düşməsi nəticəsində iki nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Binanın yaxınlığındakı bir neçə avtomobilə ciddi ziyan dəyib.

Güclü külək “Ti-bi-si” bankının Batumidəki mərkəzi filialının, həmçinin Acarıstanın bir neçə bələdiyyəsinin ərazisində də ciddi fəsadlar törədib.

Yanvarın 5-də bölgədə güclü yağış yağacağı gözlənilir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.