DÜNYA


Qasırğa Moldovada ciddi fəsadlar yaradıb

Kişineu, 12 mart, AZƏRTAC

Moldovada qasırğa ilə müşahidə olunan güclü külək ciddi fəsadlar yaradıb.

AZƏRTAC-ın yerli mətbuata istinadla verdiyi məlumata görə, qasırğa nəticəsində onlarla ağac aşıb, orta məktəblərin, yaşayış binalarının dam örtüyü dağılıb, 20 avtomobilə ciddi ziyan dəyib.

Qasırğa əsasən Moldovanın şimal hissəsinə ziyan vurub. Hazırda paytaxt Kişineu da daxil olmaqla ölkənin 10-a yaxın şəhərində fövqəladə vəziyyətin aradan qaldırılması üçün qərargahlar yaradılıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.