REGİONLAR


Qasırğa Ordubadda yaşayış evlərinə və sosial obyektlərə ciddi ziyan vurub VİDEO

Ordubad, 7 iyun, AZƏRTAC

İyunun 6-da saat 14:00-dan etibarən əsən güclü külək Ordubad şəhərində və rayonun bir sıra yaşayış məntəqələrində ciddi fəsadlara səbəb olub. Fərdi evlərin, yaşayış binalarının dam örtüklərinə ciddi ziyan vurub, elektrik enerjisi verilişində fasilələr yaranıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, fəsadlar əsasən, Ordubad şəhəri və rayonun Aşağı Əndəmic, Yuxarı Əndəmic, Kotam, Dəstə, Parağa, Gənzə, Nüsnüs, Aşağı Əylis və Yuxarı Əylis kəndlərində və Şəhriyar qəsəbəsində qeydə alınıb. Bir neçə dəqiqə davam edən qasırğanın təsirindən 68 iri gövdəli ağac aşıb, 114 ağac qırılıb. Külək Ordubad şəhərində və kənd yaşayış məntəqələrində vətəndaşlara məxsus 91 yaşayış evinin və 2 yaşayış binasının dam örtüyünə ziyan vurub. Güclü küləyin fəsadları rayondakı bir sıra təsərrüfatlarda da qeydə alınıb. Əylis kəndində fəaliyyət göstərən broyler müəssisəsinə də ciddi ziyan dəyib.

Güclü külək rayonun elektrik təsərrüfatına da təsirsiz ötüşməyib. 40 işıqlandırma dirəyinin aşması nəticəsində Ordubad şəhəri ərazisinə və bir sıra kəndlərə enerjinin verilişində fasilələr yaranıb. Küləyin təsirindən aşan ağaclar 10 yerdə qaz xəttinə ziyan vurub. Hazırda rayon icra hakimiyyəti və aid qurumlar tərəfindən dəymiş ziyanın dəqiqləşdirilməsi və aradan qaldırılması istiqamətində iş aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.