DÜNYA


Qasırğa ilə müşayiət olunan güclü külək Gürcüstanda ciddi fəsadlar törədib

Tbilisi, 16 yanvar, AZƏRTAC

Qasırğa ilə müşayiət olunan güclü külək Gürcüstanda ciddi fəsadlar törədib.

AZƏRTAC xəbər verir ki, Batumidə qasırğa yaşayış binalarının damlarını, ictimai nəqliyyatın dayanacaqlarını dağıdıb. Kökündən qopmuş ağaclar evlərə, ictimai iaşə obyektlərinə və avtomobillərə ciddi ziyan vurub.

İki nəfər güclü külək səbəbindən evlərinin pəncərəsindən yıxılıb. Onlardan birinin vəziyyəti ağırdır.

Polis təhlükə sovuşana qədər şəhər daxilində bəzi yolları bağlayıb.

Qara dənizdə 5 ballıq qasırğa barədə xəbərdarlıq edilib.

Dəniz sahillərində qırmızı fənərlər yandırılıb.

Əlverişsiz hava şəraiti Gürcüstanın Kvemo Kartli bölgəsində də ciddi problemlər yaradıb.

Dmanisi rayonunda 5 yaşayış evinin damı uçub. İctimai iaşə obyektlərinə də ciddi ziyan dəyib.

Gürcüstanın fövqəladə hallar xidmətinə dağıntılarla bağlı 40-dan çox müraciət daxil olub.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.