İDMAN
Qasli və Ferstappenin İtaliya Qran-Prisində cərimələri təsdiqlənib
Bakı, 4 sentyabr, AZƏRTAC
Formula 1 yarışlarının İtaliya Qran-Prisi zamanı “Red Bull”un pilotu Maks Ferstappen və “Toro Rosso”nun yürüşçüsü Pyer Qasli bolidlərdə güc qurğularının dəyişdirilməsi səbəbindən cərimələnəcəklər. “Honda”da bildiriblər ki, pilotların avtomobilində yeni mühərriklərin dördüncü versiyasını quraşdıracaqlar.
AZƏRTAC xəbər verir ki, daha əvvəl yeni güc qurğuları Aleksander Albon və Daniil Kvyatın bolidlərində əmələ gəlib və onlar Formula 1-in Belçika mərhələsində cərimə olunublar.
“Biz bir klassik trasdan digərinə, Spadan Monsaya keçirik. Bu, cari ildə Avropada son mərhələdir. İtaliyada “Toro Rosso”nu ev yürüşü gözləyir.
Biz bütün bolidlərimizdə yeni mühərriklər quraşdırmağı planlaşdırırıq. Daha əvvəl onları Albon və Kvyat alıb. Qasli və Ferstappen mühərriklərin dördüncü versiyasının quraşdırılması ilə bağlı cərimə alacaqlar və yürüşə sonuncu yerlərdən başlayacaqlar. Lakin biz onların uğurlu çıxışına inanırıq. Bizim Spada aldığımız mühüm məlumatlar yürüşlərə hazırlıq çərçivəsində mühərrikin düzgün sazlanmasına kömək olacaq.
Biz mühərrikin dördüncü versiyasının potensialını maksimallaşdırmağa və müsbət nəticələrə nail olmağa çalışırıq”, - deyə şirkətin mətbuat xidməti “Honda”nın texniki direktoru Toyoharu Tanabedən sitat gətirir.