MƏDƏNİYYƏT


“Qatil” bədii filminin təqdimatı keçiriləcək

Bakı, 16 oktyabr, AZƏRTAC

Oktyabrın 21-də Nizami Kino Mərkəzində Xalq Yazıçısı Elçinin eyniadlı pyesi əsasında rejissor Kamran Şahmərdanın lentə aldığı “Qatil” bədii filminin təqdimatı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ekranlaşdırılan film C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Finlandiyanın “Black and White Studio”, Gürcüstanın “Studio 33A” və “Vars Studio” şirkətlərinin iştirakı ilə istehsal olunub.

Kinostudiyadan AZƏRTAC-a bildirilib ki, psixoloji dram janrında çəkilən yeni ekran əsərinin ssenari müəllifi Xalq Yazıçısı Elçin, quruluşçu operatoru Mixail Maqalaşvili, quruluşçu rəssamı Rəşad Mehdiyev, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Eka Çxeidze və Apollon Kublaşvili canlandırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.