REGİONLAR


Qax Aqroparkının təsisçisi tərəfindən aztəminatlı ailələrə bayram sovqatı çatdırılıb

Qax, 22 may, Mustafa Dadaşov, AZƏRTAC

Ramazan bayramı münasibətilə Qax Aqroparkının təsisçisinin təşəbbüsü ilə rayonda sosial müdafiəyə ehtiyacı olan aztəminatlı ailələrə növbəti ərzaq yardımı kampaniyası keçirilib. Aksiya çərçivəsində aqroparkın təsisçisi tərəfindən Qax rayonunda oruc tutan üzvləri olan 100 aztəminatlı ailəyə bayram sovqatı çatdırılıb. Ərzaq yardımı alan vətəndaşlar Müqəddəs Ramazan bayramı ərəfəsində onlara göstərilən qayğıya görə dövlətimizin başçısına, həmçinin aksiyanın təşkilatçısına minnətdarlıqlarını bildiriblər.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi dövründə ölkənin hər yerində olduğu kimi, Qax rayonunda da həssas qruplardan olan şəxslərlə bağlı mütəmadi olaraq sosial dəstək aksiyaları keçirilir. Ümumiyyətlə, bu günədək müxtəlif qurumlar tərəfindən Qax rayonunda 4 min 600-dən çox aztəminatlı ailəyə, xəstə və ahıl insanlara ərzaq yardımı edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.