REGİONLAR


Qax Damazlıq İpəkçilik Stansiyasının mütəxəssisləri Çində təcrübə keçiblər

Qax, 2 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası və əlavə istehsal sahələrinin yaradılması istiqamətində işlər artıq başa çatmaq üzrədir. Müasir standartlara uyğun yenidən qurulan stansiyada Çin Xalq Respublikasından gətirilmiş ən yeni texnoloji avadanlıq quraşdırılıb. Stansiyada hibrid və elit barama toxumları yetişdiriləcək. Beləliklə, daha xaricdən ipəkqurdu toxumu gətirməyə ehtiyac qalmayacaq və bu işlər stansiyanın özündə təşkil olunacaq.

Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ipəkqurdu toxumlarının yetişdirilməsi ilə məşğul olacaq yerli mütəxəssislərin hazırlanması məqsədilə uzun illər stansiyada çalışan ipəkçi-aqronomlar Laləzar Heydərova, Maro Naddiraşvili və gənc mütəxəssis Toğrul Fətəli 15 gün müddətində Çin Xalq Respublikasında olub, Tsizyan şəhərində yerləşən toxum hazırlayan zavodlarda təcrübə keçiblər. Onlar laboratoriyalarda mikroskopik avadanlığın idarə olunması, həmçinin yeni texnologiyalar əsasında ipəkqurdu toxumunun hazırlanması prosesi ilə əyani şəkildə tanış olublar. Qaxlı mütəxəssislər, eyni zamanda, barama toxumu zavodlarının ətrafında salınan tut plantasiyalarına xidmət işləri ilə də maraqlanıb, çinli həmkarlarından dəyərli məsləhətlər alıblar. Onlar Çində əldə etdikləri bilikləri, qazandıqları təcrübəni gələcəkdə öz müəssisələrində tətbiq edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.