REGİONLAR


Qax Dövlət Kukla Teatrında uşaqlar üçün Yeni il şənlikləri keçirilir

Qax, 1 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Qax Dövlət Kukla Teatrı Yeni ilin gəlişi münasibətilə uşaqlar üçün maraqlı bayram proqramı hazırlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dekabrın 29-dan davam edən bayram şənliklərinə indiyədək yüzlərlə uşaq qatılıb. Xüsusi proqram əsasında hazırlanmış tamaşanın əvvəlində Yeni ilin personajları Şaxta baba və Qar qız uşaqları bayram münasibətilə təbrik edir, onlarla birgə əylənirlər.

Sonra uşaqlar Osman Abdullayevin qələmə aldığı “Diş əhvalatı” hekayəsi əsasında səhnələşdirilən eyniadlı tamaşaya baxırlar. Teatrın rejissoru, Əməkdar artist Yusif Abdurahmanovun quruluş verdiyi tamaşanın rəssamı Mayis Abdullayev, musiqi tərtibatçısı Nərmin Fətəliyevadır. Tamaşada əsas rolları teatrın aktyorları Araz Mehrablı, Afət Yaqubova, Nuru Mustafayev və başqaları oynayırlar.

Teatrda bayram şənlikləri yanvarın 3-dək davam edəcək.

Teatrın direktoru Nazim Mahmudov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilmiş repertuar planına əsasən, 2019-cu ildə bu sənət ocağında 4 tamaşanın hazırlanması nəzərdə tutulur. Yaradıcı kollektiv yaxın günlərdə “Qoğal” xalq nağılı əsasında səhnələşdiriləcək tamaşanın məşqlərinə başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.