REGİONLAR


Qax Dövlət Kukla Teatrında yeni tamaşalar hazırlanır

Qax, 10 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Qax Dövlət Kukla Teatrında ingilis yazıçısı Redyard Kiplinqin Azərbaycan dilində nəşr olunmuş “Mauqli” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa üzərində məşqlər yekunlaşmaq üzrədir. Dövlət sifarişi əsasında hazırlanan yeni səhnə əsəri yaxın vaxtlarda teatrsevərlərə təqdim olunacaq.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın direktoru Nazim Mahmudov məlumat verib.

Teatrın rejissoru, Əməkdar artist Yusif Abdurahmanovun quruluş verdiyi tamaşada əsas rolları Nuru Mustafayev, Afət Yaqubova, Elnarə Razıyeva, Aynurə Abbasova, Araz Mehrablı, Azər Kərimov və başqaları ifa edirlər. Tamaşanın rəssamı Günel Babayeva, musiqi tərtibatçısı Nicat Fətəliyevdir.

Direktorun sözlərinə görə, teatrda, eyni zamanda, Aleksandr Veselovun “Günəş və qar adamları” əsərinin səhnələşdirilməsinə də hazırlıq görülür və tezliklə məşqlərə başlanılacaq. Tamaşanın bu ilin sonunadək təhvil verilməsi nəzərdə tutulur.

Teatrın yaradıcı kollektivinin yaxın günlərdə Osman Abdullayevin “Diş əhvalatı” əsəri əsasında hazırlanan tamaşa ilə rayonun kəndlərinə qastrol səfərləri də planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.