REGİONLAR
Qax Dövlət Kukla Teatrında yeni tamaşanın məşqlərinə başlanılıb
Qax, 18 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Qax Dövlət Kukla Teatrında Rəhman Əlizadənin müəllifi olduğu “Tülkünün uçuşu” tamaşası üzərində məşqlərə başlanılıb. Teatrın 2022-ci ilin repertuar planına daxil edilən tamaşanın quruluşçu rejissoru Araz Mehrablı, rəssamı Mayis Abdullayev, musiqi tərtibatçısı Nicat Fətəliyevdir. Hazırda eskizlər üzərində müzakirələr və rol bölgüsü aparılır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın baş rejissoru, Əməkdar artist Yusif Abdurahmanov məlumat verib.
Direktorun sözlərinə görə, teatrın cari il üçün repertuarına, həmçinin danimarkalı yazıçı Hans Xristian Andersenin “Çirkin ördək balası”, alman uşaq yazıçısı Otfrid Proyslerin “Balaca cadugər” nağıl-tamaşaları və Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” əsəri daxil edilib.