REGİONLAR


Qax-İlisu avtomobil yolunda, eləcə də kənddaxili yollarda nəqliyyatın hərəkətində heç bir çətinlik yaranmayıb

Qax, 18 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Yanvarın 17-si axşam saatlarından başlayaraq Azərbaycanın şimal-qərb bölgəsinin dağlıq və dağətəyi ərazilərinə qar yağıb. Havanın temperaturu nisbətən aşağı düşüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qax rayonunun dağlıq ərazisində yerləşən İlisu kəndində yanvarın 18-də səhər saatlarında qarın qalınlığı 10 santimetr təşkil edib. Qar sakinlər üçün heç bir problem yaratmayıb. Kəndin elektrik enerjisi və təbii qazla təchizatı normal qaydada davam edir.

Avtomobil Yolları Dövlət Agentliyinin 13 nömrəli “Yol İstismar” MMC tərəfindən görülmüş tədbirlər nəticəsində Qax-İlisu avtomobil yolunda, eləcə də kənddaxili yollarda nəqliyyatın hərəkətində heç bir çətinlik yaranmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.