Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Qax abidələri: üç əsrdən artıq tarixə şahidlik edən Ulu körpü VİDEO

Qax, 11 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycanın ən gözəl guşələrindən biri olan Qaxın çox qədim tarixi var. Burada hər daşın altında bir tarix yaşayır. Əsrarəngiz təbiəti olan bu diyar orijinal xüsusiyyətlərə malik tarix və mədəniyyət abidələri ilə də zəngindir. Hazırda rayon ərazisində dövlət qeydiyyatına götürülmüş 68 tarixi abidə mövcuddur.

AZƏRTAC xəbər verir ki, belə abidələrdən biri də inşa tarixi XVII əsrin sonu, XVIII əsrin əvvəllərinə aid edilən Ulu körpüdür. Dağlar qoynunda yerləşən İlisu kəndinə gedən yolda, Kürmük çayının üzərində salınan bu körpünün tikintisi üçün olduqca əlverişli yer seçilib. Şıltaq dağ çayının gətirdiyi coşqun sel-sulara mərdliklə sinə gərən bu körpü çayın yatağının daraldığı yerdə, sal qayalar üzərində inşa edilib.

Körpünün tikintisi ilə bağlı İlisu kəndinin ağsaqqalları, ziyalılar arasında müxtəlif rəvayətlər dolaşır. Kəndin ziyalısı Azər Qocayevin söylədiyi əhvalat bu baxımdan xüsusi maraq kəsb edir. Kənd sakini AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, Ulu körpünün çox maraqlı tarixçəsi var. Kənd ağsaqqallarının söylədiklərinə görə, bu körpünü inşa etdirən İlisu sultanı I Əli Sultan Kürmük çayının üzərində əvvəllər də bir neçə körpü tikdiribmiş. Lakin bu körpülərin heç biri sel sularının təzyiqinə davam gətirə bilməyib, dağılıb. Sultan fikirləşib ki, körpünü elə bir yerdə inşa etmək lazımdır ki, coşqun dağ çayının təzyiqinə davam gətirə bilsin. Kənd camaatını yığıb deyib ki, kim belə bir yer tapsa, muştuluq olaraq ona qiymətli bir hədiyyə verəcək. Rəvayətə görə, İlisu sakinlərindən Ömər adında bir el sənətkarı belə bir yeri tapır və gəlib bu barədə sultana xəbər verir. Əli Sultan onun dediyi əraziyə, yəni hazırda Ulu körpünün olduğu yerə gəlib baxır, çox bəyənir. Sultan verdiyi sözə əməl edərək, Ərtürgən dağını muştuluq olaraq Ömər ustaya bağışlayır. O vaxtlar insanların dolanışığı məhz bu dağlardan çıxırdı. Ərtürgən dağı da qoyun sürülərini, mal-qaranı otarmaq üçün İlisu kəndində ən bərəkətli yerlərdən biri hesab olunurdu.

Azər Qocayev bildirib ki, kənd sakinləri arasında indi də belə bir adət qalmaqdadır. Kənddə bir adama muştuluq olunanda, zarafatla deyilir ki, muştuluğa Ərtürgən dağını verdim sənə.

Kənd ziyalısının dediyinə görə, körpünün möhkəmliyinin əsas səbəbi məhz inşa yerinin düzgün seçilməsidir. O, özü dəfələrlə sel sularının körpünün üstündən aşıb keçdiyinin şahidi olub. Lakin körpüyə heç bir ziyan dəyməyib.

Çay daşı, əhəng məhlulu və bişmiş kərpicdən inşa olunan Ulu körpünün tikintisində deyilənlərə görə, inşaat materialı kimi yumurta sarısından da istifadə edilib. Dörd kərpic qalınlığındakı tağbəndin aşırımı 14,6 metrdir. Hörgüdə üfüqi və şaquli tikişlərin dəqiq bağlanması sayəsində körpünün tağbəndi vahid monolit konstruksiya təəssüratı yaradır. Körpünün gündoğana yönəlmiş fasadında tağbəndin əyrisi çayın axarı istiqamətində çəpinə kəsilərək, sanki bir qədər yumurlanmış forma alıb. Həmin zonada tağbənd həm dərinliyi istiqamətində, həm də aşırım boyunca ikiqat əyriliyə malikdir. Bu növ konstruksiyaların yüksək möhkəmliyi elmi cəhətdən də sübut olunub. Körpünün bu xüsusiyyəti onun güclü selə qarşı möhkəmliyini və dayanıqlığını təmin edir, suyun tağbəndin altından və dayaqların arasından daha sürətlə axıb getməsinə şərait yaradır.

Körpünün yan divarları daşdandır. Burada müxtəlif dövrlərdə aparılmış təmir işlərinin izləri aydın görünür. Kərpic tağbəndin üzərində kəsmə çaylaq daşından səliqə ilə hörülmüş divarın qalıqları nəzərə çarpır.

Ulu körpü ilə bağlı çox maraqlı xatirələr, rəvayətlər var. Rayon tarix-diyarşünaslıq muzeyinin direktoru Mahir Əfəndi AZƏRTAC-ın müxbiri ilə söhbətində bu rəvayətlərdən birinin daha çox maraq doğurduğunu diqqətə çatdırıb. Deyilənlərə görə, 1844-cü ilin iyununda rus qoşunları kəndə hücum edərkən sonuncu İlisu hakimi Danyal Sultan əvvəlcə Ulu körpünü dağıtmaq fikrinə düşsə də, sonra bu fikrindən daşınıb. Körpünün dağıdılması, bəlkə də, rus qoşunlarının uğursuzluğuna səbəb ola bilərdi. Rus tarixçiləri Danyal Sultanın bu hərəkətinə heç cür qiymət verə bilməyərək, sadəcə təəccübləniblər. Ulu körpü İlisu sultanlığını düzənlik ərazilərlə birləşdirən yeganə körpü idi. Körpünün uçurulması kənd əhalisinin gediş-gəlişinə çətinlik yarada bilərdi. Ola bilsin ki, İlisu hakimi el sənətkarlarının yaratdığı bu nadir abidəni uçurmağa qıymayıb. Körpü dağılsa belə, rus qoşunlarının kəndi tutacaqlarına əmin olduğundan onu uçurmaqdan çəkinib.

Üç əsrdən artıq tarixə şahidlik edən Ulu körpü bu gün Qax rayonuna gələn yerli və xarici turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biridir. İsti yay günlərində Ulu körpünün yerləşdiyi ərazi həmişə insanlarla dolu olur. Çünki günün ən qızmar çağında belə, burada hava çox sərin keçir. 1980-ci ildə Ulu körpünün yaxınlığında, Kürmük çayının üzərində yeni, müasir körpü inşa edilib. Hazırda nəqliyyat vasitələri həmin körpünün üstündən hərəkət edir. Ulu körpüdə isə avtomobillərin hərəkəti qadağan olunub. Ona görə ki, ulu əcdadlarımızdan bizə yadigar qalan, neçə əsrdir ki, coşqun dağ çayının şıltaqlıqlarına sinə gərən bu nadir memarlıq abidəsi milli yaddaşımızın tərkib hissəsidir və onu qorumaq, gələcək nəsillərə olduğu kimi çatdırmaq hər birimizin borcudur.

Qax abidələri: üç əsrdən artıq tarixə şahidlik edən Ulu körpü VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır