REGİONLAR
Qax: arpa sahələrində orta məhsuldarlıq 22,7 sentnerdir
Qax, 10 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayonunun təsərrüfatlarında arpa biçininə başlanılıb. Rayonun Ağyazı, Qaradolaq, Cəlayir kəndlərinin ərazilərindəki təsərrüfatlarda, həmçinin Qax Aqroparkında ilk günlər 972 hektar sahədə arpa biçilib, 2211 ton məhsul tədarük olunub. Hələlik hər hektarda orta məhsuldarlıq 22,7 sentner təşkil edir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.
Qurum rəsmisi bildirib ki, cari mövsümdə rayonda 13 min 238,5 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 8 min 830,5 hektarını buğda, 4 min 408 hektarını dən üçün arpa sahələri təşkil edir. Biçin kampaniyasına ciddi hazırlıq işləri görülüb, taxıl anbarları, xırmanlar təmir və dezinfeksiya olunub, kombayn və digər texnikalar saz vəziyyətə gətirilib.
Taxıl biçininə, ümumilikdə, 32 ədəd kombayn, həmçinin lazımi qədər şum traktoru, küləşpresləyən aqreqat, yük maşını, qoşqu və digər texnika cəlb edilib. Hazırda sahələrdə 25 ədəd kombayn işləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]