REGİONLAR


Qax bələdiyyəsinin kuboku uğrunda futbol birinciliyində 14 komanda mübarizə aparıb

Qax, 19 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Qax şəhər stadionunda bələdiyyə kuboku uğrunda futbol üzrə rayon birinciliyinə yekun vurulub. Rayon Gənclər və İdman İdarəsinin və Qax Bələdiyyə Şurasının birgə təşkilatçılığı ilə oktyabrın əvvəlində start verilən və Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümünə həsr olunan birincilikdə 14 komanda mübarizə aparıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, birinciliyin oktyabrın 19-da keçirilən final oyununda Cəlayir kənd bələdiyyəsinin və Tasmalı bələdiyyəsinin “Çüdüllü” komandaları qarşılaşıblar. Rəqiblərini 5-0 hesabı ilə məğlub edən Cəlayir bələdiyyəsinin komandası birinciliyin qalibi adını qazanıb. Əmircan kənd bələdiyyəsinin “Əmbərçay” komandası birinciliyi üçüncü pillədə başa vurub.

Birinciliyin qalibləri kubok, diplom və medallarla mükafatlandırılıb.

Ənənəvi olaraq hər il keçirilən bu yarışlar rayonda futbolun kütləviliyini daha da artırmaq, gənclərin asudə vaxtlarını mənalı və səmərəli təşkil etmək, perspektivli gənc futbolçular aşkara çıxararaq rayonun futbol üzrə yığma komandasını komplektləşdirmək məqsədi daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.